Hadisə

Azərbaycanda ağır qəza baş verib, bir məktəbli ölüb, 4 nəfər yaralanıb

16 Sentyabr 2014 21:39
1 Şərh     Baxış: 3 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafada ağır yol nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 17 radələrində rayonun Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində baş verib. Ağstafa rayon sakini, 10-cu sinif şagirdi, 16 yaşlı Orxan Ömərli atasına məxsus "VAZ 21011" markalı avtomobili yüksək sürətlə idarə edərkən maşını yolun kənarında olan qəsəbənin adının əks olunduğu dirəyə çırpıb.

Qəza nəticəsində maşında sürücüdə daxil olmaqla 5 məktəbli, Ağstafa şəhər sakinləri, 14 yaşlı Kənan Əliyev, 13 yaşlı Elşad İsmayılov, 16 yaşlı Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini Yusif Salıfov dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.