Hadisə

Azərbaycanda 16 yaşlı oğlan su kanalında batıb

15 Sentyabr 2014 21:42
0 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şirvan şəhər ərazisində su kanalında (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) 1998-ci il təvəllüdlü İbadov Bəhruz Hüseyn oğlu çimərkən batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

B.İbadovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:05-da başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.