Hadisə

"KamAZ" və "Shacman" toqquşdu: yaralı var

13 Sentyabr 2014 16:32
0 Şərh     Baxış: 2 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə Bakı - Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi vaş verib.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1984 cü il təvəllüdlü Elnur Rəhim oğlu Namazovun idarə etdiyi 02 BH 537 dövlət nömrə nişanlı "KamAZ" və 99 DZ 722 dövlət nömrə nişanlı "Shacman" markalı yük maşınları toqquşub.

Nəticə "KamAZ"da olan sərnişin Əli Nadir oğlu Namazov yüngül dərəcəli bədən xəsarətləri alıb. O, Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.