Hadisə

Nəqliyyat müfəttişlərindən Bakıda Hollivud filmlərini xatırladan "manevr" - VİDEO

2 Sentyabr 2014 12:49
3 Şərh     Baxış: 2 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda daha bir taksi sürücüsü döyülüb. Hadisə bu gün səhər saatlarında Biznes Universitetinin yaxınlığında, insanların gözü qarşısında baş verib.

Milli.Az-ın məlumatına görə, taksi sürücüsünə kobud şəkildə yaxınlaşan müfəttişlər heç bir sənəd tələb etmədən avtomobilin açarını götürməyə çalışıblar. Bu zaman sürücü ilə nəqliyyat müfəttişləri arasında ciddi mübahisə yaranıb.

Açarı vermək istəməyən sürücü 5 müfəttiş tərəfindən təhqir olunub və döyülüb. Yolu keçərkən hadisənin şahidi olan müxbirimiz də taksi sürücüsü ilə nəqliyyat müfəttişləri arasındakı qarşıdurmanı tam şəkildə olmasa da, telefonın kamerasına çəkə bilib.

Həmin videonu təqdim edirik.

Qeyd edək ki, nəqliyyat müfəttişləri ilə sürücülər arasında belə hallar tez-tez baş verir. 

Elmir Murad
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.