Hadisə

İsmayıllı sakinini maşın vurdu - YENİLƏNİB - VİDEO

2 Sentyabr 2014 11:58
0 Şərh     Baxış: 1 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:10

Ötən gün saat 22:50-də İsmayıllı rayonu ərazisində yol qəza hadisəsi baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, İsmayıllı sakini Məmmədov Amil Ərziman oğlu İsmayıllı şəhərinin Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarə etdiyi 90-XN-902 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə piyada Haşımov Çingiz Eldar oğlunu vurub. Sürücü xəsarət alan şəxsi dərhal yoldan keçən avtomobillərin köməyi ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi bilinmir. Faktla əlaqədar İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Vəziyyəti ağır Ç.Haşımov Bakıya göndərilib.

Milli.Az

----------
11:58

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.