Hadisə

Bakıda mənzil yanıb, xəsarət alan var

2 Sentyabr 2014 09:22
0 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan ikiotaqlı mənzilin mətbəx mebeli 2 kv.m sahədə yanıb, yüksək temperaturdan soyuducu əriyib.
 
Yanğınsöndürənlər tərəfindən 1 nəfər tüstüdən zəhərlənmiş halda mənzildən çıxarılıb və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.