Hadisə

Azərbaycanda 11 yaşlı qızın faciəvi ölümü

1 Sentyabr 2014 21:24
4 Şərh     Baxış: 4 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Masallıda azyaşlı piyadanın müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 1-də günorta saatlarında Masallı-Yardımlı şose yolunun rayonun Qəriblər kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Ədalət oğlu Ağayevin idarə etdiyi "Hyundai" markalı, minik avtomobili yolu keçmək istəyən piyada, Cəlilabad rayonunun Böyük Bəcrivan kənd sakini, 2003-cü il təvəllüdlü Aytən Nadir qızı Nəbiyevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Nəbiyeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib, amma vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.