Hadisə

Ermənistanda partlayış: yaralılar var

1 Sentyabr 2014 15:47
1 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Qeqarkunik vilayətinin qazdoldurma məntəqəsində partlayış baş verib

Trend-in məlumatına görə, bu barədə News.am saytı FHN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.

Partlayış yerli vaxtla saat 10 radələrində Eranos kəndindəki qazdoldurma məntəqəsində baş verib.

Məlum olub ki, "Ayk və Norik" ASC-yə məxsus qazdoldurma məntəqəsində "34 ML 887" dövlət nömrə nişanlı "VAZ-2101" markalı avtomobilin qaz balonu partlayıb. Yaxınlıqdakı "34 SV 887" dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilinə ciddi ziyan dəyib.

Partlayış nəticəsində 60 yaşlı S.M. və qazdoldurma məntəqəsinin 55 yaşlı işçisi B.A. xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.