Hadisə

Bakıda bir ailənin tifağı dağıldı: 2 ölü

1 Sentyabr 2014 10:02
0 Şərh     Baxış: 3 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıya gətirən magistral yol bir ailənin sonuna çıxıb. Qaradağ rayonunda baş verən bir qəzada ailənin hər iki başçısı dünyasını dəyişib.

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 23 radələrində iki "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı "Mercedes-190" markalı avtomobilin sürücüsü Şıxzadə Əliyev və onun xanımı Yeganə dünyasını dəyişib. Ər hadisə yerində ölüb, Yeganəni xəstəxanaya çatdırmaq istəyiblər, lakin o, yolda keçinib. Faktla bağlı cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.