Hadisə

Azərbaycanda sərnişin avtobusu aşdı: yaralılar var - FOTO

31 Avqust 2014 13:55
2 Şərh     Baxış: 8 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlkin ehtimala görə qəzaya səbəb avtobusun sürücüsünün qarşı yola çıxması olub

Pressaz.com saytının verdiyi məlumatına görə, bu gün səhər Qax rayonu ərazisində, Zaqatala yolunda ağır qəza baş verib. 02-BC-942 dövlət nömrə nişanlı avtobus ilə45-BG-615dövlət nömrə nişanlı "VAZ 21015" markalı minik maşını toqquşub. İlkin ehtimala görə qəzaya səbəb avtobusun sürücüsünün qarşı yola çıxması olub.

Sürətin yüksək olması "VAZ 21015" markalı avtomobilin güclü deformasiyaya uğraması və avtobusun aşması ilə nəticələnib. "VAZ 21015"in sürücüsü yüngül xəsarət alsa da, sərnişin ağır yaralanıb. Avtobusun sərnişinləri arasında da yaralananlar var. Xəsarət alanlara yerində ilkin yardım göstərilib, ağır yaralı olan "VAZ 21015" markalı avtomobildəki sərnişin xəstəxanaya çatdırılıb. Daha dəqiq məlumatlar araşdırmalardan sonra veriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.