Hadisə

Azərbaycanda WhatsApp biabırçılığı

30 Avqust 2014 18:16
17 Şərh     Baxış: 28 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
WhatsApp-dakı söhbət dava ilə nəticələnib

Milli.Az EL TV-yə istinadən bildirir ki, Ağcabədi rayonunun "Ağ göl" ərazisində müvəqqəti məskunlaşan Laçın rayonunun Şeylanlı kənd sakini Əli Səmədov qohumu tərəfindən döyülüb.

Onun bildirdiyinə görə, Bərdə rayonu ərazisində yaşayan həmkəndlisi Rəşad Səlim oğlu Mirzəyev ilə telefonda WhatsApp vasitəsi ilə söhbət ediblər. Bir müddətdən sonra qohumu ona qarşı zarafat etmək adı ilə təhqiramiz söz işlədib. Əli Səmədov ona bu cür zarafat etməməyi məsləhət görüb. Onun bu xəbərdarlığından sonra tərəflər arasında mübahisə yaranıb. Bir müddət davam edən mübahisədən sonra Rəşad Mirzəyev onunla görüşərək söhbətə son qoymağı təklif edib. Onların görüşü isə dava ilə nəticələnib və Əli Səmədov döyülüb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. 

Əli Səmədovun dediyinə görə, onu döyən Rəşad Mirzəyev idmançıdır. Artıq onunla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə müraciət olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.