Hadisə

Bakıda təmir qəzaya səbəb oldu: 4 yaralı - VİDEO

30 Avqust 2014 15:47
1 Şərh     Baxış: 1 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təmirə bağlanan yolda "dayan" işarəsinin olmaması eyni anda üç avtomobilin yolun ortasına qoyulan beton maneələrə çırpılmasına səbəb olub.

Milli.Az ANS TV-ə istinadən xəbər verir ki, ağır qəza ötən gecə paytaxtın Yasamal rayonu ərazisində, dairəvi yolda baş verib. Qəza zamanı əvvəlcə Məhəmmədəli Əsgərov idarə etdiyi "Mercedes" markalı avtomobili ilə hərəkətdə olarkən yolda "dayan" işarəsi olmadığından beton məneələri görmədiyi üçün avtomobilini həmin yerə çırpıb.

Bir az keçməmiş eyni hal həmin yolda bir-birlərinin arxası ilə hərəkətdə olan Həsəd Alışov və onun qardaşı Adəmin də başına gəlib. Onlar da idarə etdikləri "VAZ 2106" markalı avtomobillərini eyni anda beton maneələrə çırpıblar.

Hadisə nəticəsində Adəm Alışov və onun avtomobilində olan üç sərnişin xəsarət alıblar. Yaralılara təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə Yasamal Rayonu Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.