Hadisə

Azərbaycanda bir günün "yol terroru": 7 ölü, 28 yaralı

30 Avqust 2014 13:39
0 Şərh     Baxış: 2 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Azərbaycanda avtomobil yollarında baş vermiş qəzalar nəticəsində 7 nəfər ölüb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.