Hadisə

Şəkidə yanğınlar şiddətləndi - VİDEO

30 Avqust 2014 11:00
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkinin Oxud və Kiş kəndləri arasındakı dağlarda yanğın şiddətlənib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, 3 gündür davam edən yanğın nəticəsində 5 hektara yaxın ərazidə ağac və kol-kos məhv olub. Alovun qarşının alınması məqsədilə FHN tərəfindən təyyarə ayrılıb.

Şəki Dövlət Yanğından Mühafizə Hissəsindən "Kanal S"-ə verilən məlumata əsasən, əraziyə cəlb olunmuş canlı qüvvənin sayı 320-yə çatdırılıb. Yanğının tam söndürülməsi istiqamətində səylər davam etdirilir. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün texnikadan istifadə mümkün olmadığından alovla mübarizə çətinləşir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.