Hadisə

Cəlilabadda meşədə yanğın olub

30 Avqust 2014 10:36
0 Şərh     Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 30-da Cəlilabad rayonunun Sadatlı kəndində, rayon mərkəzindən 24 km aralıda meşə ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycanda meşə massivlərində yanğın hadisələri baş verir. Son günlər İsmayıllı, Lənkəran, Şəki və Şabran rayonlarında meşəlik ərazilərdə yanğınlar qeydə alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.