Hadisə

Bakıda toya gedən kişinin evinə meyiti gəldi - FOTO

30 Avqust 2014 08:53
1 Şərh     Baxış: 3 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.
 
"Mercedes" markalı 90 KC 452 dövlət nömrə nişanlı avtomobil piyada 46 yaşlı Yura Məmmədovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, piyada sərxoş olub və yaxınlıqdakı restoranlardan birində toydan çıxıbmış. Lakin "Mercedes"in də yüksək sürətlə idarə edildiyi bildirilir.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.