Hadisə

80 yaşlı sürücü yol qəzasında öldü

29 Avqust 2014 17:05
0 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı yolunda 1 nəfərin ölümü, birinin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində yolun 69-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Şəki sakini, 1934-cü il təvəllüdlü Tahir Əsgərovun idarə etdiyi "VAZ 2101" markalı minik maşını qarşı tərəfdən gələn Zaqatala sakini, 1950-ci il təvəllüdlü Nəcməddin Hacıyevə məxsus "Nissan X-Trail" markalı maşınla toqquşub.

Nəticədə "VAZ 2101"-in sürücüsü, 80 yaşlı Tahir Əsgərov hadisə yerində dünyasını dəyişib. Digər sürücü Nəcməddin Hacıyev yaralanıb. O, Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə cəlb olunan FHN-nin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi kəsici alətlərdən istifadə edərək maşınlarda sıxılmış vəziyyətdə qalan ölən və yaralı şəxsi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.