Hadisə

Azərbaycanda yaşlı kişi dirəkdən yıxıldı

29 Avqust 2014 14:53
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Şəkinin Aşağı Küngüt kəndində bədbəxt hadisə baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, elektrik dirəyinə çıxan kənd sakini, 1950-ci il təvəllüdlü Mustafayev Fəxrəddin Qaçay oğlunu cərəyan vurub. Nəticədə Fəxrəddin Mustafayev dirəkdən yerə yıxılıb və xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. İlkin tibbi yardım göstərildikdən sonra Fəxrəddin Mustafayev Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.