Hadisə

Bakı-Şamaxı yolunda iki maşın toqquşub, ölən və yaralı var

29 Avqust 2014 14:07
1 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 12 radələrində yolun 69-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Şəki sakini, 1934-cü il təvəllüdlü Tahir Əsgərovun idarə etdiyi 10-DT-186 dövlət nömrə nişanlı "VAZ 2101" markalı minik maşını qarşı tərəfdən gələn, Zaqatala sakini, 1950-ci il təvəllüdlü Nəcməddin Hacıyevə məxsus 90-MZ-720 dövlət nömrə nişanlı, "Nissan X-Trail" markalı maşınla toqquşub. Hadisə nəticəsində "VAZ 2101" markalı minik maşınının sürücüsü, 80 yaşlı Tahir Əsgərov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, digər avtomobilin sürücüsü Nəcməddin Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi kəsici alətlərdən istifadə edərək maşınlarda sıxılmış vəziyyətdə qalan ölən və yaralı şəxsi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.