Hadisə

Hirkan Milli Parkında yenidən yanğın baş verdi

29 Avqust 2014 13:27
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 28-də saat 16 radələrində Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında yanğın hadisəsi baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən texnikanın əraziyə cəlb edilməsində problemlər yaranıb.

Naməlum səbəblərdən baş verən yanğının qarşısının alınmasında əsasən əl əməyindən istifadə olunub. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının səyi nəticəsində bütün alternativ vasitələrdən istifadə olunaraq yanğının söndürülməsinə nail olunub.

Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 8 hektara yaxın ərazini əhatə edib və nəticədə 2 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.