Hadisə

Azərbaycanda hərbçilər qəzaya düşdülər, iki qardaş həlak oldu - YENİLƏNİB

29 Avqust 2014 14:40
9 Şərh     Baxış: 10 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:40

Bu gün səhər saatlarında Tovuz rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, qəzada iki nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Hadisə Bakı-Qazax yolunun 433-cü kilometrliyində, Tovuz rayonu Cəlilli kəndi ərazisində baş verib. Belə ki, Mamuti Çamburyaninin idarə etdiyi yük avtomobililə Turxan Əmiraslanovun idarə ediyi "Mercedes" markalı maşın toqquşub.

Qəza nəticəsində minik maşınında olan Rövşən Balayev Samir Balayev ölüblər. Onların qardaş olduğu bildirilir.

Maşının sürücüsü Turxan Əmiraslanov və digər sərnişinlər Şəhriyar NuriyevQabil Vəliyev ağır bədən xəsarətlərilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

----------
13:34

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bu gün səhər saatlarında Tovuz rayonu Cəlilli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Tovuz Rayon Yol Polis Bölməsinin rəisi Musa Bədəlovun verdiyi məlumata görə, Gürcüstan vətəndaşı Mamuti Çamburiyanın idarə etdiyi yük avtomobili ilə Turxan Əmiraslanovun idarə etdiyi "Mercedes" toqquşub.

Hadisə zamanı "Mercedes"də  olan iki qardaş - RövşənSamir Balayevlər - həlak olub. Yaralı Turxan Əmiraslanov isə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralanan və ölənlərin hərbçi olduğu deyilir. Faktla bağlı araşdırmalara başlanılıb.

---------
11:20

Tovuzdakı dəhşətli qəzada 2 qardaş dünyasını dəyişdi.

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Bakı-Qazax  avtomagistralının 433-cü kilometrliyində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında baş verib. Şəmkir rayonu qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə Gürcüstan qeydiyyatında olan "TIR Skania" markalı yük maşını toqquşub. Qəza nəticəsində "Mercedes"də olan 2 qardaş - SamirRövşən Balayevlər həlak olub, digər sərnişin Fazil Əmiraslanov isə yaralanıb.

Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.