Hadisə

Bakıda sürücülərin yol davası qəzaya səbəb oldu - FOTO

29 Avqust 2014 11:35
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki maşın toqquşdu, yolda tıxac yarandı

Bakının əsas yollarından biri olan Badamdar şossesi və Parlament prospektinin kəsişməsində qəza baş verib.

"Toyota Prado" və "Opel" markalı sürücülərin toqquşması adıçəkilən yolda sıxlıq yaradıb. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, "Prado"ya ciddi ziyan dəyməsə də digər avtomobilin qabaq hissəsi sıradan çıxıb.

Bildirək ki, qəzaya avtomobillərin bir-birinə yol verməməsi səbəb olub. Hal-hazırda kimin günahkar olduğu araşdırılır.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.