Hadisə

Teleaparıcı Vüsalə Əlizadə ağır qəzaya düşdü

28 Avqust 2014 12:04
18 Şərh     Baxış: 26 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur azərbaycanlı teleaparıcı qəzaya düşdü.

Milli.Az xəbər verir ki, teleaparıcı Vüsalə Əlizadə bu gün yol qəzasına düşüb. O, bu barədə öz səhifəsində bildirib.

Onun sözlərinə görə, hadisə səhər işə gedəndə baş verib: "Bu gün heç yaxşı başlamadı. İşə tələsirdim, taksi ilə gedirdim, "KamAZ" ilə toqquşduq. Hər iki tərəfə ciddi ziyan dəydi, min şükür ki, canımızı salamat qurtardıq.

Təşəkkürlər, Allahım, məni sevdiklərimə, balama bağışladın. Bircə məni bu narahat edir ki, bizim millət nə vaxt sürücülük, yol mədəniyyəti öyrənəcək? Deyəsən, heç vaxt!" - Vüsalə Əlizadə yazıb.

Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.