Hadisə

Ziya Məmmədovun ailəsində faciə - YENİLƏNİB - VİDEO - FOTO

28 Avqust 2014 14:36
58 Şərh     Baxış: 42 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:54

"Garant Holding"dən APA-ya bildirilib ki, hadisə zamanı dünyasını dəyişən Günay Ələsgərova holdinqin Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşıdır. O, eyni zamanda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.

"Garant Holding" hadisə ilə bağlı başsağlığı mətni yayıb. Holdinqin bütün heyəti Emil Ələsgərova üz vermiş ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığı verib, kədərini bölüşdüyünü bildirib.

---------
11:43

Dünən axşam Bakı-Quba yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Ələsgərova dəfn olunmaq üçün Ucar rayonuna aparılıb.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, mərhumun cənazəsi Qazıqumlaq kəndinə aparılıb. Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar.

Xatırladaq ki, qəzada həlak olan xanım nazirin Loğman adlı qardaşının qızıdır. Onun 40-a yaxın yaşı olub.

Qeyd edək ki, mərhumun atası hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.

---------
10:32

Ötən gecə Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, magistralın 19-cu km-də Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı "KİA" markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra "KİA"nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını "KİA" ilə toqquşub.
 
Qəza nəticəsində "KİA"da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Milli.Az

----------
14:36

Videonu izləmək üçün şəklə klikləyin.




-----------
11:43

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.