Hadisə

Bakıda 2 güclü partlayış - YENİLƏNİB - VİDEO - FOTO

23 Avqust 2014 11:09
18 Şərh     Baxış: 17 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
23.08.2014
11:09

Bakının yol təsərrüfatına 7 min manata yaxın ziyan dəyib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, ötən gecə saat 23:30 radələrində Bakı Dairəvi yolunun 4-cü km-də yanacaq daşıyan iri tutumlu avtomobilin qəzaya uğraması nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib: "Belə ki, yolda 72 poqonmetr əyri xətli tir (təhlükəsizlik səddi), onun üzərində olan yerli 24 ədəd işıqqaytaran, bir yol nişanı sıradan çıxıb, bir işıq dirəyi aşıb.

Onun sözlərinə görə, "Azəyrolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyan ilkin olaraq təqribən 7 min manat dəyərində qiymətləndirilib, akt tərtib olunub.

P.Mürsəliyev deyib ki, hazırda həmin avtomobilin yoldan kənarlaşdırılması istiqamətində iş görülür, hadisə yerinə qaldırıcı kran cəlb olunub.

Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

---------
11:05

Bakının Yasamal rayonunda yanacaq daşıyan maşının aşması və yanğının baş verməsi nəticəsində elektrik təchizatında yaranmış problem tam aradan qalxıb.
 
Bu barədə APA-ya "Bakılektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, dünən gecə saat 02:45 radələrində rayonun elektrik təchizatı alternativ və əlavə xətlərlə tam bərpa edilib.

Qeyd edək ki, dünən gecə saatlarında Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinin qəzaya uğraması nəticəsində ona qoşulmuş, tutumu 40 ton olan yanacaq çəni yolun kənarına aşıb. Qəza yanğınla nəticələnib. Yanğın nəticəsində yük avtomobilinin yanar hissələri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçdiyindən, yanğın nәticәsindә onlara ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәsi işıqsız qalıb.
 
Yanğın avqustun saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

----------
08:59

FHN yanacaq daşıyan maşının partlaması ilə bağlı rəsmi məlumat yayıb.
 
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş, tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb.
Yanğın nəticəsində yük avtomobilinin yanar hissələri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb.
Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

X X X 

Bakının Səbayıl rayoununda yanacaq daşıyan maşın partlaması nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb. Bunu Trend-ə Yasamal rayon Təhlükəsizlik İdarəsindən bildiriblər.

Məlumata əsasən, partlayış gecə 23:30 radələrində Bakı Dairəvi yolunda baş verib. Hazırda hadisə yerinə 5 yanğınsöndürən briqadası cəlb olunub. Trend-in FHN-nin Səbayıl Rayon Təhlükəsizlik İdarəsinə istinadən verdiyi məlumata görə, yanğın artıq söndürülüb.
Partlayış nəticəsində Bakı şəhərinin bəzi yerlərində qısaqapanmalar müşahidə olunub.
Yanacaq daşıyan maşının yaralanmış  sürücüsu Bakının klinikalarının birinə yerləşdirilib.
İlkin məlumata görə, sürücü yüksək sürət səbəbindən idarəetməni itirib.

"Bakıelektrikşəbəkə" ASC-dən Trend-ə verilən məlumata görə, Yasamal və Nəsimi rayonlarının bəzi yerlərində işıq verilməsində fasilələr yaranıb.

Elektrik enerjisinin verilməsi hal-hazırda alternativ elektrik xətlərindən istifadəsinin hesabına bərpa olunur.

Hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün "Bakıelektrikşəbəkə" ASC-nin briqadaları işləyir.

-----------
00:57

Bakı şəhərinin xeyli hissəsində elektrik cərəyanının verilməsi kəsilib. Bu barədə şəhərin müxtəlif hissələrində, əsasən də Yasamalda yaşayan sosial şəbəkə fəalları məlumat veriblər. İlkin informasiyaya görə, şəhərin Badamdar yaşayış massivində yük maşını yüksək gərginlikli elektrik xəttinin dirəyinə çırpılaraq, onu zədələyib və yanğın baş verib, nəticədə elektrik verilməsi dayandırılıb.

Yanğın bu dәqiqәlәrdә davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır.

Bu informasiyanı "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətin rəhbəri Tanrıverdi Mustafayev də təsdiqləyib. Onun sözlərinə görə, daha müfəssəl məlumatı hadisə yerinə çatdıqdan sonra verəcək.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Dairәvi yolunun Badamdardan keçən hissəsində, maşın bazarının qarşısından keçәn yolda yanacaq daşıyan avtomobil yanır. Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçir. Yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәlәri işıqsız qalıb, Binәqәdi, Abşeron, Sәbail, Xәzәt rayonlarının elektrik enerjisi ilә tәminatında problemlәr var.

Bir versiyaya görə, həmin maşın məhz yüksək gərginlikli xəttə toxunduğuna görə alışıb.
Yanğın bu dәqiqәlәrdә davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır.

--------
00:55

Bakıda yanacaq daşıyan maşın qəza törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.

Nəticədə partlayış və yanğın baş verib. Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan benzin 200 m əraziyə dağılıb.

Hadisə yerinə Yasamal, Səbail və Binəqədi rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib.

---------
00:22

Bir neçə dəqiqə əvvəl Bakıda yanacaqdaşıyan maşında partlayış olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə Yasamal Dairəvi yolunda baş verib.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

--------
00:16

Bakıda güclü partlayış olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Bakının Dairəvi Yolunda, paytaxta giriş hissədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Yanacaq daşıyan maşının aşması nəticəsində 2 dəfə güclü partlayış olub.

Ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin hamısı sıradan çıxıb.

Hazırda yolda hərəkət tamamilə dayandırılıb.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi prosesi gedir. İlkin məlumata görə, yanğının əhatə dairəsi çox genişdir.

Hadisə zamanı yanacaq daşıyan maşının sürücüsü ağır bədən xəsarəti alıb.

İlkin məlumata görə, ölüm hadisəsi qeydə alınmayıb.

Hadisənin növbəti gedişatı haqqında məlumat veriləcək.

----------------
22.08.2014
23:57


Milli.Az xəbər verir ki, son günlərdə artıq ikinci dəfə Bakının bəzi rayonları gecə işıqsız qalır.

Hal-hazırda Yasamal, Badamdar və digər rayonlarda işıqlar sönüb.

Sakinlər bildirdilər ki, ərazidə yerləşən elektrik stansiyasında partlayış olub.


Milli.Az-ın məlumatına görə, Badamdardda yanğın baş verib. Hadisə şahidlərinin sözlərinə görə, yanğının nəticəsində elektrik xətti yola düşüb.

Ceyhun Ələkbərov

Milli.Az


----------------
23.08.2014
10:06


Videoları izləmək üçün şəkillərə klikləyin.


-----------
09:48



----------
00:55

Böyütmək üçün şəkillərə klikləyin.




---------
00:47


Videonu izləmək üçün şəklə klikləyin.




----------------
23.08.2014
00:33

Böyütmək üçün şəkillərə klikləyin.




--------
00:22


 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.