Hadisə

Şəkidə bir gündə iki qəza: biri aşırdı, digəri betona çırpdı

21 Avqust 2014 20:17
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 3 saat ərzində Şəki ərazisində iki yol qəza hadisəsi baş verib. Qəza zamanı avtomobilərdən biri aşıb, digəri isə maneəyə çırpılıb. Qəzalar nəticəsində bir nəfər ölüb bir nəfər xəsarət alıb.
 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, ilk qəza saat 16:30 radələrində Şəkinin M.F.Axundov prospektində qeydə alınıb. Qəza zamanı Fəttahov Zahid Vahid oğlu idarə etdiyi 55-BO-437 dövlət nömrə nişanlı "Opel" markalı minik avtomobili ilə adıçəkilən prospektlə hərəkətdə olarkən idarəteməni itirib və avtomobili aşırıb. Nəticədə avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

Xəstəxanadan verilən məlumata əsasən, həkimlərin bütün səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı ərazidə olan qaz tənzimləyici qutuya da ziyan dəyib. Hadisə yerinə cəlb olunan qaz idarəsinin əməkdaşları baş verə biləcək böyük bir hadisənin qarşısını dərhal alıblar. Ərazidə yaşayan sakinlərin sözlərinə əsasən, onlar bu cür hallarla tez-tez üzləşirlər.
 

Digər yol qəza hadisəsi isə saat 17:35 radələrində Şəki-Qax yolunun İnçə-Zunud kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı İnçə kənd sakini Məmmədov Ziya Nemət oğlu idarə etdiyi 90-KS-667 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə Göynük kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı beton maneəyə çırpıb. Nəticədə avtomobildə olan sərnişin Mahmudova Aydan Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki faktla əlaqədar Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzaların dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.