Hadisə

Yol qəzası qırmaqda davam edir: 2 ölü, 4 yaralı

21 Avqust 2014 13:37
0 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsmayıllı rayonunda ağır qəza olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 20-də saat 10 radələrində rayonun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.

İ.Azayev hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdiriliblər. Cavid Azayev orada ölüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.