Hadisə

Bakıda kişini "ölüm" körpüsünə çıxaran səbəb bəlli oldu - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

21 Avqust 2014 14:56
21 Şərh     Baxış: 17 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:40

Milli.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, intihar etməyə cəhd edən şəxsi artıq kranla düşürürlər.

---------
13:38

İntihara cəhd edən şəxsin həyat yoldaşı Könül Nəsibova musavat.com-un əməkdaşına bildirib ki, icra başçısı torpaq sahəsi satmaq adı ilə ərindən pul alıb. Amma nə torpaq verilib, nə də pul qaytarılır.

Milli.Az bildirir ki,  bizimyol.info-nun məlumatına görə, iyulun 25-də həmin şəxs özünü  Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında  yandırmağa cəhd etmişdi.

----------
13:17

"Mən bilmirəm bu vəziyyətdə nə etmək lazımdır. Bir tərəfdən düşünürəm ki, insanların bu cür davranışı  kütləvi hal almağa başlayar deyə getmək lazım deyil. Digər tərəfdən də mən getməsəm, özünü körpüdən atmaq ehtimalı məni qorxudur. Əgər belə bir şey olsa, ömür boyu vicdan əzabı çəkərəm".
 
Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva özünü "Koroğlu" metrosu yaxınlığındakı körpüdən atmaq istəyən şəxsin deputatı köməyə çağırması ilə bağlı danışarkən deyib.
 
Deputat bildirdi ki, vicdan əzabı çəkməmək üçün hadisə yerinə yollanıb:
 
"Hazırda Masazır qəsəbəsindəyəm və hadisə yerinə gedirəm. Başqa yolum yoxdur, sonra vicdan əzabından yaşaya bilmərəm".
 
Qeyd edək ki, bu cür hadisə daha əvvəl də baş verib və deputat hadisə yerinə gedərək məsələni həll edib.

------------
12:59

Bu gün "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən şəxs dərdini bizimyol.info-ya danışdı. O, Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev tərəfindən aldadıldığını bildirdi:

"Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulumu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. Aldandığımı anladım. Artıq bir neçə ildir, bu məsələ ilə bağlı  hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".

----------
12:53

Milli.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, hazırda intihar etməyə cəhd edən şəxs hələ də körpünün başındadır, telefonla danışır, üzünü əski ilə bağlayıb. Hansı məqsədlə bağladığı bəlli deyil, güman ki, gündən qorunur və ya tanınmaq istəmir. FHN-in əməkdaşları kranla onun olduğu səviyyəyə qalxıb söhbət aparırlar.

----------
12:43

FHN-dən Trend-ə bildirilib ki, məktubda qeyd olunub ki, intihar edən şəxs Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayətçidir.

----------
12:29

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, ərazi polis tərəfindən nəzarətə götürülüb.
Fövqəladə Hallar Nazirliyindən isə Trend-ə bildirilib ki, təqribən 50 yaşında olan kişi körpüyə çıxdıqdan sonra yerə tələblərini yazdığı məktub atıb.

-----------
12:17

Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxsin adı məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs Sadiq Nəsirovdur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri S. Nəsirovu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

----------
11:52

Bakıda kişi intihara cəhd edir.

APA-nın məlumatına görə, metronun "Koroğlu" stansiyası yaxınlığında kişi intihar etmək məqsədilə körpüyə çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.

Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

---------
11:46

Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında adını açıqlamayan bir nəfər bizimyol.info-nun redaksiyasına zəng edərək az sonra özünü Əzizbəyov körpüsündən atacağını bildirib.

Saytın əməkdaşları Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıblar. İntihar etmək istəyən şəxs icra hakimiyyəti ilə problemlərinin olduğunu deyib. Əməkdaşımız redaksiyamıza məlumat verən şəxsə yenidən zəng edərək onun problemlərinin həll olunacağına inandırmağa çalışaraq fikrindən daşındırmaq istəyib. Həmin şəxs isə körpünün ən yüksək nöqtəsində olduğunu bildirirərək, məmurların hadisə yerinə gəlməsini istəyib.

Ceyhun Ələkbərov
Milli.Az


----------
14:56



-----------
14:51

Videonu izləmək üçün şəklə klikləyin.



Böyütmək üçün şəkillərə klikləyin.

----------
14:43



---------
14:05





-----------
13:10

Videonu izləmək üçün şəklə klikləyin.



-----------
13:02

Videonu izləmək üçün şəklə klikləyin.



Böyütmək üçün şəkillərə klikləyin.


----------
12:22



---------
12:08


Foto: Milli.Az, Qafqazinfo, APA, Yeni Müsavat, Trend
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.