Hadisə

Bakıda ağır qəzada ayağını itirən sürücü öldü - YENİLƏNİB - VİDEO - FOTO

21 Avqust 2014 11:41
0 Şərh     Baxış: 3 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:41

Bakıda baş verən yol qəzasında xəsarət almış sürücü ölüb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Rasim Quliyev aldığı ağır bədən xəsarətlərindən Klinik Tibbi Mərkəzdə vəfat edib.

---------
08:57

Paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə  Bakı-Şamaxı  yolunun  Sulutəpə  qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb.

İkinci qrup əlil, 53 yaşlı  Rasim Quliyev  idarə etdiyi  "VAZ -2109" markalı avtomobillə  Şamaxıdan  paytaxt  istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcına çırpıb.

Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks  istiqamətinə  düşüb. Baş verən qəzadan sonra  sürücü  Rasim Quliyev bir ayağını itirib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Yaralı  1 saylı şəhər  kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kafi qiymətləndirilir. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı  araşdırma aparılır.

Milli.Az



Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.