Hadisə

Bakıda sərnişin avtobusu aşdı: 15 yaralı - YENİLƏNİB - SİYAHI - FOTO

20 Avqust 2014 21:38
6 Şərh     Baxış: 11 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:38

Bakıda sərnişin avtobusunun aşması ilə nəticələn yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza zamanı xəsarət alan 4 sərnişin - 1974-cü il təvəllüdlü Aidə Hüseynova, 1967-ci il təvəllüdlü Mərcan Cavadova, 2004-cü il təvəllüdlü Gülxanım Mürsəlova və 1962-ci il təvəllüdlü Ceyranxanım Məmmədova xəstəxanaya yerləşdirilib.

---------
18:50


Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən bir neçəsinin adı məlum olub.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza zamanı 1956-cı il təvəllüdlü Xanmurad Xandadaş oğlu Dostəliyev, 1986-cı il təvəllüdlü Samir Namiq oğlu Qasımov, 2002-ci il təvəllüdlü Ramin Rəhim oğlu Xəlilov, 1993-cü il təvəllüdlü Elnur Ramin oğlu Muradov, 1987-ci il təvəllüdlü Seyidbala Teymur oğlu Cəfərov, 1983-cü il təvəllüdlü Dilqəm Xəlil oğlu Hacıyev, 1994-cü il təvəllüdlü Rufulla Yadulla oğlu Qurbanov və 1951-ci il təvəllüdlü Səyyad Əliş oğlu Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

KTM-dən hazırda qəza zamanı xəsarət alan digər 7 nəfərin şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilib.

---------
18:20


Bakıdakı avtobus qəzasında yaralananların sayı məlum oldu. Bakı şəhər Təcili və Təxirəsalınmaz yardım Stansiyasınıdan Milli.Az-a bildirildi ki, qəza zamanı 15 nəfər xəsarət alıb.

Yaralılardan 5 nəfərin vəziyəti qismən yüngül olduğundan rayona aparılıb.

---------
17:41

Bakı-Ələt yolunda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, 195 saylı marşrut avtobusu aşıb.

Natiq adlı hadisə şahidinin məlumatına görə, avtobusu "KamAZ" markalı yük maşını vuraraq aşırdıb. Hadisə nəticəsində ölən olmadığı deyilir. Ancaq xeyli sayda yaralılar var. Əraziyə 3-4 ədəd təcili yardım maşını cəlb olunub və yaralıları xəstəxanaya aparıblar.

Teymur Hacıyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

---------
21:38



Foto: Day.Az

---------
17:41


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.