Hadisə

Uzun müddət oğurluqla məşğul olan şəxs qandallandı

20 Avqust 2014 14:46
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uzun müddət oğurluqla məşğul olan şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Səbail RPİ CAŞ, 8-ci PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov yaxalanıb.

Müəyyən edilib ki, o, 2013-cü il dekabrın 28-də Badamdar küçəsində yaşayan Soltan Qəribova məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator, bu il aprelin 21-nə keçən gecə Qazolin küçəsində yerləşən Neft Qaz Texniki Xidmətlər Şirkətinin anbarından tikinti alətləri, avqustun 3-də Şıx çimərliyində Famil Məmmədovun, Sevindik Şirinovun pulunu, mobil telefonunu, geyim əşyalarını, avqustun 9-da Salyan yolunda yaşayan Turqut Əhmədovun evindən mobil telefon, avqustun 13-də isə həmin ərazidə yerləşən kafedə Elvin Babayevin cibindən mobil telefonu oğurlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.