Azərbaycanın məşhur futbolçusunun meyiti yaşadığı evdə tapılıb.
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, 39-cu Polis Bölməsinin yerləşdiyi binadakı mənzillərdən birində bir neçə gün əvvəl dünyasını dəyişmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə çıxıblar.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin 84 yaşlı Ələkbər Məmmədov olması müəyyən edilib. İlkin ehtimala görə, mərhum üç gün əvvəl dünyasını dəyişib. Evdə heç kim olmadığından bu barədə xəbər tutan olmayıb.
Polisdən, həmçinin bildirilib ki, Ə.Məmmədov Azərbaycanın məşhur futbolçularından olub. Ə.Məmmədov Bakının "Neftyanik", Moskvanın "Dinamo" komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.
Ə.Məmmədov, həmçinin Bakının "Neftyanik" komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.
O, 1960-cı ildə "SSRİ-nin əməkdar idman ustası", 1990-cı ildə isə "SSRİ-nin əməkdar məşqiçisi" fəxri adına layiq görülüb.
Milli.Az
Hadisə
Azərbaycanın məşhur futbolçusunun meyiti yaşadığı evdə tapıldı
1 Avqust 2014 18:13
1 Şərh
Baxış: 4 346
DİGƏR XƏBƏRLƏR
- Maşınların arasında qalan MİS əməkdaşı ayaqlarını itirdi
- Bakıda kafedə ÖLÜM
- Mingəçevirdə yataqxana binasında yanğın - VİDEO
- Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - FOTO
- Bərdədə mopedlə maşın toqquşdu - Xəsarət alan var - FOTO
- Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - YENİLƏNİB - FOTO
XƏBƏR LENTİ
- Niadan Furkana: "Evimin erkəyi gəldi" - VİDEO
- İsmayıl Hacıbəyovun yaradıcılıq gecəsi keçiriləcək
- Baş məşqçi futbolçusu ilə sevgili olduğu üçün istefaya göndərildi
- Ermənistan yenə MDB tədbirini boykot etdi - FOTO
- Fransa NATO-dan çıxacaq?
- Yeganə ərinin qazancından danışdı
- Türk Mədəniyyəti və İrsi Fondu yeni layihəsini - “TURK DISCOVERY” "Youtube" kanalını təqdim edir
- “5 min verməsən qızların çəkdiyi videoları internetə qoyacam” - Müğənni Elçin Zəkanın cinayət işi
- “Qarabağ” – “Neftçi” oyununun vaxtı bəlli oldu
- Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
- “Onların heç biri ipoteka götürə bilmir”
- Hacı Nuran bu dəfə onunla FOTOsunu paylaşdı
- “Muzeydə musiqi” layihəsi çərçivəsində Filarmoniyanın kollektivi və “Gənclərə dəstək” liştirakçılarının konserti keçirilib - FOTO
- Azərbaycanlı müğənnidən kobud səhv: Adaya şəhər dedi – VİDEO
- Ev işlərində enerjiyə necə qənaət edək?
- “Təcili tibbi yardım vertolyotları alınsın”
- Makronun Silva ilə FOTOları ölkəni silkələdi
- Azərbaycanda aparıcının evini yandırıblar? - RƏSMİ CAVAB - VİDEO
- Rusiyalı polkovnik də “Krokus”da öldürülüb
- “Betis”dən Bəhlul Mustafazadənin transferinə MÜNASİBƏT
- Azərbaycan cəmiyyəti sərhəd kəndlərin azad ediləcəyinə inanır - SORĞU
- Sabir Rüstəmxanlı: "Gənc qızlar ana olmaq istəmirlər"
- Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı
- Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq