Hadisə

Azərbaycanda vulkan püskürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi - YENİLƏNİB

1 Avqust 2014 15:25
0 Şərh     Baxış: 2 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Qobu qəsəbəsinin vulkan püskürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib


15:25


Abşeron rayon İcra Hakimiyyətinin Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən APA-ya verilən xəbərə görə, vulkan püskürməsi baş verməyib: "Yayılan xəbərlər şayiədir. Qobu ərazisində palçıq vulkanın püskürməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb".
 

AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev isə APA-ya açıqlamasında bu barədə onların da mətbuatdan xəbər tutduqlarını deyib. Onun sözlərinə görə, sabah həmin əraziyə gediləcək və oraya baxışdan sonra dəqiq məlumat vermək mümkün olacaq: "Sakinlərin sözlərinə əsasən, indi həmin ərazidə vulkanın püskürdüyünü demək olmaz. Əraziyə baxış keçirildikdən sonra vulkanın baş verib-vermədiyi barədə məlumat veriləcək".


-----------
13:53

Azərbaycanda vulkan püskürüb. Hadisə Qobu qəsəbəsinin ərazisində qeydə alınıb.

Bu barədə anspress-ə qəsəbə sakinləri məlumat veriblər. Onların bildirdiklərinə görə, vulkan gecə saatlarından fəallaşıb. "Qəsəbədəki yaşayış evlərinin yaxınlığında püskürməyə başlayıb".

Sakinlərin sözlərinə görə, belə hadisə son dəfə adıçəkilən ərazidə 40 il əvvəl olub. "Həmin vaxt insanlar xəsarət alıblar. Gecədən başlayaraq həmin ərazidən alovlar qalxır. Sakinlər çox narahatdırlar. Alovlar daha da güclənir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.