Hadisə

Bakıda binadan daş yağır - FOTO

1 Avqust 2014 01:30
0 Şərh     Baxış: 2 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir qrup sakin maşınlarını öz evlərinin qarşısında saxlamağa qorxurlar. Buna səbəb isə binada gedən tikintidir

Milli.Az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" kompleksində yaşayan sakinlər təlaş içindədirlər. Sakinlərdən biri binanın qarşısında avtomobilini saxlayıb evinə yollanıb, bir müddət sonra maşının yanına qayıdarkən onun arxa pəncərəsinin sındığını görüb.

Bunu redaksiyamıza avtomobilin sahibi şikayət məktubu göndərərək bildirib. O vurğulayıb ki, həmişə olduğu kimi avtomobili yaşadığı binanın qarşısında saxlayıb, ancaq yenidən avtomobilinin yanına qayıdarkən onu bu vəziyyətdə görüb. Səbəb isə binada gedən bərpa işləri olub.

Xatırladaq ki, bu cür hal ilk dəfə deyil ki, adıçəkilən yerdə yaranır. Onu da bildirək ki, sahibkar televiziya işçisidir.

Ceyhun  Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.