Hadisə

Bakıda işıqforun işləməməsi ağır qəzaya səbəb oldu - FOTO

31 İyul 2014 16:13
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yük maşını ilə minik avtomobili toqquşdu, səbəb isə işıqforun işləməməsi olub

Milli.Az-a hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsimi rayonunda iki maşın toqquşaraq yararsız vəziyyətə düşüb.

Nəsibə Yusifbəyli küçəsinin kəsişməsində yük maşını ilə "Mercedes" markalı avomobillər işıqforun işləməməsinə görə qəzaya uğrayıblar.

Sürücülər arasında yaranmış anlaşılmazlıq və bir-birlərinə yol verməmələri sonda qəzanı qaçılmaz edib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Hazırda kimin günahkar olduğu araşdırılır.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.