Hadisə

Azərbaycanda iki maşın toqquşub, xəsarət alan var - VİDEO

31 İyul 2014 09:23
0 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İyulun 30-da axşam saatlarında Gəndob-Yalam yolunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, qəza Şabran rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Mətləb Əhmədovun idarə etdiyi 57 BD 003 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı avtomaşınla Ağdaş rayon sakini, 1974-cü il təvəllüdlü Şirinov Zaur Əbdülrəhim oğlunun idarə etdiyi 03 BE 436 dövlət nömrə qeydiyyatlı "Qazel" markalı yük maşını toqquşub. Qəza nəticəsində "VAZ 21 06"-nın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu və ilkin tibbi müayinədən sonra ambulator müalicə üçün evə buraxıldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.