Hadisə

Növbə "20 yanvar"a çatdı: obyektlər sökülür - FOTO

30 İyul 2014 19:44
2 Şərh     Baxış: 2 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Bakıda metronun "20 yanvar" stansiyasında ticarət köşkləri sökülməyə başlanılıb

Milli.Az bildirir ki, hadisə yerində olan qafqazinfo-nun əməkdaşının sözlərinə görə, söküntü obyekt sahibləri tərəfindən etirazla qarşılanıb. Belə ki, əvvəlcədən xəbərdarlıq edilməyən sahibkarlar mallarını dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıblar. Artıq metronun giriş və çıxış hissəsinə yaxın obyektlər sökülüb, digərlərinə isə söküntü ilə bağlı xəbərdarlq edilib.

Qeyd edək ki, bu ilin mart ayından metrodakı bütün ticarət obyektləri sökülüb.


Metronun "20 yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri isə Bakı Metropoliteni nəzarətində yox, Nəqliyyat Nazirliyinin nəzarətində olduğu üçün sökülməmişdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.