Hadisə

Avtomobil dərəyə yuvarlandı, 3 nəfər xəsarət aldı

30 İyul 2014 18:54
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Milli.Az bildirir ki ,apa.az-nın verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Quba rayonu Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi "Wolsvagen-Passat" markalı avtomaşın idarəetmənin itməsi səbəbindən yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və maşında olan iki nəfər - 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.