Hadisə

Sərxoş sürücü qəza törətdi

30 İyul 2014 16:45
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
29 iyul, saat 21:15 radələrində Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Keçid küçəsində baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2107" markalı avtomobillə toqquşub, daha sonra "Mercedes" yol kənarında dayanan Hamlet Novruzova məxsus "Vito" markalı maşına dəyib.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü yüngül xəsarət alıb, "Mercedes"in sürücüsü isə hadisə yerindən qaçıb. İlkin ehtimala görə, hadisəyə səbəb "Mercedes"in sürücüsünün avtomaşını sərxoş halda sürətli idarə etməsi olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.