Hadisə

Azərbaycanın 2 rayonunda 2 yanğın

29 İyul 2014 22:09
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayonu, Məzəm kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb.
 

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Cəlilabad şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mağazanın 25 kv.m sahədə lambiri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.