Hadisə

İki gün əvvəl Gəncədə baş verən yanğında xəsarət alan ana və 8 yaşlı qızı öldü

29 İyul 2014 15:16
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanğında xəsarət almış 12 yaşlı oğlanın vəziyyəti isə ağırdır

İki gün əvvəl Gəncə şəhərində baş verən yanğında yaralanan ana və övladı dünyasını dəyişib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, iyulun 27-də yanıq xəsarətləri ilə xəstəxanaya daxil olan Gəncə şəhər sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun qızı, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı bu gün dünyasını dəyişib. Digər yaralı, 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlunun vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, məlum yanğın hadisəsi iyulun 27-də Gəncə şəhəri, Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib. Yanğın zamanı bir ailənin üç üzvü - 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu xəsarət alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.