Hadisə

Məzuniyyətə gəlmiş əsgəri avtomobil vuraraq öldürüb

29 İyul 2014 13:39
4 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alan var

APA-nın xəbərinə görə, hadisə Kürdəmir şəhərinin Babək küçəsində qeydə alınıb.

Rayon sakini, 1971-ci il təvəllüdlü Rzayev Baba Hüseynağa oğlu 10-BN-232 dövlət nömrə nişanlı, "QAZ 2410" markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yolun kənarındakı səkidə hərəkət edən piyadanı - 1996-cı il təvəllüdlü Atayev Rəşadət Yaşar oğlunu vurub.

"N" saylı hərbi hissəsinin əsgəri olan Rəşadət Əsgərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Maşın isə ağaca çırpılıb və sürücü Baba Rzayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum əsgər Rəşadət Atayev 7 ay əvvəl hərbi xidmətə gedib. Bakı şəhərində hərbi xidmətdə olan əsgər Ramazan bayramı ilə əlaqədar yaşadığı rayona məzuniyyətə gəlibmiş.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.