Hadisə

Hirkan Milli Parkında yanğın söndürülüb - YENİLƏNİB

29 İyul 2014 22:30
0 Şərh     Baxış: 2 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:30

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ. İbrahimova qeyd edib ki, Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gələn yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib. ETSN-in və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində yanğının qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
 

----------
14:26

Hirkan Milli Parkında baş verən yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib


Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, yanğın bu gün saat 10.00 radələrində Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gəlib. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


---------
13:44

Hirkan Milli Parkında yenidən yanğın baş verib


Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Hirkan Milli Parkında yanğın hadisəsi baş verib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyulun 21-də də Lerik rayonunun yüksək dağlıq ərazisində başlamış, sonradan külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçmiş yanğın iyulun 23-də səhər saat 10 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürülmüşdü.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.