Hadisə

Bakıda dəhşətli qəza: ölən və yaralanan var

29 İyul 2014 12:18
1 Şərh     Baxış: 2 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi "BMW" markalı avtomobili yolun kənarında dayanmış, 1968-ci il təvəllüdlü Ehtiram Bəylərova məxsus "QAZ-53" markalı avtomobilə çırpıb.

Nəticədə, R.Ağaverdiyev xəstəxanaya yerləşdirilib, sərnişini, Balakən rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Həsənov isə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.