Hadisə

Bakıda sərxoş sürücü zəncirvari qəza törətdi - VİDEO - FOTO

29 İyul 2014 09:06
0 Şərh     Baxış: 1 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda zəncirvari yol qəzası baş verib.

Milli.Az APA TV-yə istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb. 26 yaşlı Vurğun Əliyev "Mercedes" markalı avtomobili Qurban Abbasov küçəsi ilə əks istiqamətdə idarə edib və yol kənarında dayanan başqa "Mercedes"ə çırpıb. Zərbənin gücündən "Mercedes" arxada dayanan və Arzu Nəsibova məxsus BMW markalı avtomobilə dəyib.

Vurulan "Mercedes"in sahibi Vüqar Babayev yüngül xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, hadisəyə Vurğun Əliyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.




Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.