Hadisə

Minik maşınları toqquşdu, yaralı var - YENİLƏNİB - VİDEO

29 İyul 2014 12:09
0 Şərh     Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
08:54

Qaxda axşam saatlarında yol qəzası baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, qəza nəticəsində iki avtomobil toqquşub. Hadisə axşam saatlarında, Qax şəhəri Heydər Əliyev prospektində baş verib. Prospektlə şəhər istiqamətində hərəkətdə olan, Qax şəhər sakini Murtuz Yaqubov idarə etdiyi "Mercedes" markalı avtomobillə eyni istiqamətdə hərəkət edən, Qax rayon Qaxbaş kənd sakini Firuz Kasiaşvilinin idarə etdiyi "Volkswagen" markalı avtomobili arxadan vurub. Nəticədə hər iki avtomobilə zərər dəyib, Murtuz Yaqubovun həyat yoldaşı, 29 yaşlı Sevinc Yaqubova yüngül bədən xəsarətləri alıb. Avtomobildə olan onların 2 azyaşlı övladları da qəzadan xəsarətsiz yaxa qurtara biliblər. Xəstəxanaya çatdırılan Sevinc Yaqubovanın xəsarətləri yüngül olduğundan ona ilkin yarım göstərilib və ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Qax RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

---------
12:09

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.