Hadisə

Azərbaycanda 18 yaşlı qızı ilan sancıb

28 İyul 2014 20:57
0 Şərh     Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıdan Şəkiyə qohumlarına qonaq gələn 18 yaşlı qızı ilan sancıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1996-cı il təvəllüdlü, Bakı şəhər sakini Nigar Fəhmi qızı Sadıqzadə qohumları ilə Şəki şəhərinin yuxarı hissəsində dağlıq ərazidə istirahət edərkən onu ilan sancıb.

Nigar Sadıqzadə təcilli Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan verilən məlumata görə, ilan Nigar Sadıqzadənin sol ayağının topuq nahiyyəsindən sancıb. Nigar Sadıqzadəyə lazimi ilkin tibbi yardım göstərilib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır hesab olunur. Məlumatda bildirilir ki, Nigar Sadıqzadə Şəki şəhərində yaşayan qohumlarına qonaq gəlib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.