Hadisə

Gəncədə mənzil külə döndü - FOTO

28 İyul 2014 16:16
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün səhər saatlarında Gəncənin Nizami rayonu, Mikayıl Müşfiq küçəsi ev 44-də yanğın hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 80 kv metr olan fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Gəncə şəhərinin Nizami və Kəpəz rayonunun yanğın söndürmə briqadaları cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa müddətdə nəzarət altına götürülüb və yanğının digər qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmasa da, yaşayış evinin 45 kv metri içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.