Hadisə

Qoşunların təmas xəttində yanğın olub

28 İyul 2014 10:50
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yanğın gecə saatlarında söndürülüb
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb və yanğın gecə saatlarında söndürülüb. Yanğın neytral ərazidə baş verdiyi üçün nə qədər ərazini əhatə etdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, iyulun 27-də saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncəçay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib. Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.