Hadisə

Qayınanasını öldürdü, evinə od vurdu

27 İyul 2014 16:22
11 Şərh     Baxış: 3 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Mehdiabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, qəsəbədə Məlahət Əliyusif qızı Rəsulovaya məxsus birmərtəbəli evdə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə briqadası dərhal hadisə yerinə gəlib, yanğını lokallaşdırsalar da, evdən Məlahət Rəsulovanın meyiti tapılıb. Heç bir yanıq xəsarəti olmayan meyitə ilkin olaraq tüstüdən zəhərlənmə diaonozu qoyulub.

Lakin bu gün ekspertizanın ilkin rəyində Məlahət Rəsulovanın boyun nahiyəsində zorakılıq əlamətlərinin aşkarlandığı və onun boğulduğu təsdiqlənib.

Qonşular bildirirlər ki, ötən gün Məlahət Rəsulovanın qızı öz nişanlısı ilə evə gəlib və ailələr arasında bir müddətdir başlayan mübahisə yenə də davam edib. M.Rəsulova gələcək kürəkəninə toydan sonra qızının öz yanında yaşaması barədə növbəti dəfə təkid edib. Bu isə kürəkəni razı salmayıb.

Evdən nişanlısı ilə çıxan və əslən Gəncədən olan gənc bir müddət sonra yenidən Mehdiabada, qayınanasının evinə qayıdıb. Az sonra isə evdən çıxıb və evdə yanğın başlayıb. Sakinlərin sözlərinə görə, M.Rəsulovanı boğan da, evi yandıran da kürəkənidir. Onun mübahisə zəminində qayınanasını qətlə yetirdiyi bildirilir.

Abperon Rayon Polis Şöbəsində faktı təsdiqləyiblər və şübhəlinin artıq həbs olunduğunu bildiriblər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.